Azərbaycanda beş televiziyaya pul ayrıldı


Ölkədə beş özəl televiziyanın hər birinə 600 min manat vəsait ayrılıb.
Sayt.Biz xəbər verir ki, bu barədə qərar Milli Televiziya və Radio Şurasının fevralın 5-də keçirilən iclasında qəbul olunub. 
İclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında prezidentin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min)  manat ayrılması barədə qərar qəbul edilib.
İclasda “İctimai Televiziya”nın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.
Könül Cəfərli 


İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz