Azərbaycana tapança gülləsi gətirən şəxs tutulub


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes Benz S350" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində "Premium LEPUS JK6 cal 12" yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində "Exact heavy diabolo cal 177" yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Səlcuq Elçin


İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərhlər 3

Offline
1212bb 17 fevral 2019 22:51
Salam sayta bos yer var redaktor islemek ucun evvel olurdue burda ele sey

Offline
1212bb 17 fevral 2019 22:52
                                                                                   ..?













Offline
Admin 20 fevral 2019 00:34
Sitat: 1212bb
Salam sayta bos yer var redaktor islemek ucun evvel olurdue burda ele sey




salam bəli əlaqə saxlayın 0515621301
--------------------
Beydı

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz