Sayt.Biz


» » "Koronavirus"da son durum: Ölənlər artır, sərhədlər bağlanır, uçuşlar dayandırılır

"Koronavirus"da son durum: Ölənlər artır, sərhədlər bağlanır, uçuşlar dayandırılır



Yeni növ koronavirus dünyanı qorxuya salmaqda davam edir. Hal-hazırda virus Çindən əlavə Tailand, YaponiyaCənubi Koreya, ABŞ, Kanada, VyetnamSinqapurNepalFransaAvstraliyaMalayziyaFinlandiyaRusiya, İsveç, İspaniya, İngiltərə, Hindistan və Almaniyanı da cənginə alıb.
Metbuat.az xəbər verir ki, virusun yayılmağa başladığı Çində yeni növ koronavirusa yoluxanların sayı bu gün üçün 11,7 min olaraq açıqlanıb, ölənlərin sayı isə 259-dur. Aşkar olunan xəstəliklərin sayında birinci yeri Hubey əyaləti (7,1 mindən çox yoluxma, 249 ölü) və bu əyalətin inzibati mərkəzi olan Uhan tutur. Bunun ardınca Çjetszyan (537 nəfər), Quandun (436) və Henan (352 hadisə, iki ölümcül) əyalətləri gəlir.
Paytaxt Pekində 139 yoluxma və 1 ölüm faktı qeydə alınıb. Rusiya ilə həmsərhəd olan Heyluntszyan bölgəsində - 59 yoluxma, iki ölü qeydə alınıb.
Virusun yayıldığı Vuhan şəhəri hal-hazırda mühasirəyə alınıb və şəhərə giriş-çıxış qadağandır. Ölkədə hal-hazırda tibbi maska çatışmazlığı yaşanır, buna görə Çin artıq Türkiyəyə satdığı 200 milyon maskanı geri tələb edib.


Azərbaycanda ilk yoluxma şübhəsi:
Dünən BDU-da təhsil alan çinli tələbə Liu Youşa virus şübhəsi ilə karantinə alındı. BDU-dan verilən açıqlamada onun yanvarın ortalarında Çindən ölkəmizə gəldiyi bildirilib. Məlumata görə, o müayinə olunub və heç bir virus aşkarlanmayıb, tədbir olaraq nəzarət altında saxlanılacaq.
Avropada vəziyyət:

Bu gün Avropada daha iki ölkədə ilk dəfə koronavirusa yoluxma halı qeydə alındı. Belə ki, İsveçdə yanvarın 24-ü Çindən ölkəyə qayıdan 20 yaşlı qızda koronavirus aşkarlanıb. İspaniyada isə Kanar adalarında alman turistin virusa yoluxduğu bildirilib.
Almaniyada virusa yoluxanların sayı isə artmaqdadır. Avtomobil tədarükü ilə məşğul olan “Webasto” şirkəti daha iki işçisində virusun aşkarlandığını açıqlayıb. Bununla da şirkətdə virusa yoluxanların sayı 8 nəfər olub. İşçilərdən birinin azyaşlı uşağı da bunlar arasındadır. Şirkət işçilərinin tibbi yoxlanışı isə hələ davam edir.
Bununla da Avropada koronavirus aşkarlanan ölkələrin sayı 8 oldu. Bunlar Fransa, Almaniya, Finlandiya, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdir.


Sərhədlər bağlanır, uçuşlar dayandırılır:
Bu gün Özbəkistan və Türkmənistan da Çinə uçuşları dayandırdığını açıqladı. Bundan öncə isə Azərbaycan, İran, Türkiyə, Britaniya eyni addımı atmışdı. Eyni zamanda, yanvarın 27-də Monqolustan, 30-da isə qonşu Rusiya Çinlə sərhəddini bağladığını açıqlamışdı.
Ölkələr vətəndaşlarını Çindən təxliyə etməyə davam edirlər. Yanvarın 29-da Fransa və Almaniya öz vətəndaşlarını Çindən təxliyə etmək üçün xüsusi təyyarə göndərib.Çində alman vətəndaşlarının sayı 90,Fransa vətəndaşı isə 250 nəfərdir. Həmçinin Ukrayna fevralın 3-nə qədər vətəndaşlarının Çindən təxliyəsi üçün xüsusi reyslər təşkil edəcək. Həmin tarixdən sonra isə Çinə uçuşlar dayandırılacaq.


Fövqəladə vəziyyət elan edildi:
ABŞ koronavirusun ölkədə yayılması səbəbindən fövqəladə vəziyyət elan edib. Bu barədə “Ağ Ev”də brifinq zamanı Səhiyyə və Sosial xidmətlər naziri Aleks Azar məlumat verib. Bu fərmanla Çində olan xarici vətəndaşların 14 gün müddətinə ABŞ-a girişi qadağan edilib. Çindən ölkəyə gələn ABŞ vətəndaşları isə 14 gün xüsusi nəzarətdə saxlanılacaqlar.


Yazdı: MaSTeR_NiKo
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: