» » “Azərişıq” təhlükəli hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” təhlükəli hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən havanın 8-11 fevral tarixində təzadlı dəyişəcəyi, fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlayacağı ilə bağlı yayılan məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Bunu Metbuat.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib:
“Məsələ ilə əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda, həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.
T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayının artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildirir ki, havanın küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.


Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: