Sayt.Biz


» » Quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı hazırlanıb

Quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı hazırlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısını hazırlayıb. Trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən "Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı" hazırlanıb. Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısına yüksək patogenli quş qripi üzrə müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), zoopark quşları, vəhşi və ov quşları üzrə inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, q uş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri, k oronavirus üzrə isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, b alıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.) üzrə d əniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları üzrə e v heyvanları, quş və quş məhsulları daxildir. Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Yazdı: Admin
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: