Sayt.Biz


» » GÜLNARƏ KƏRİMOVA AZADLIĞI ÜÇÜN YARIM MİLYARD DOLLAR TƏKLİF ETDİ

GÜLNARƏ KƏRİMOVA AZADLIĞI ÜÇÜN YARIM MİLYARD DOLLAR TƏKLİF ETDİ


Özbəkistanın ilk Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova azadlığa çıxmaq üçün ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə yarım milyard dollar təklif edib.
Sayt.Biz xəbər verir ki , bu barədə Gülnarə Kərimovanın qızı İman Kərimova instaqram hesabında onun adından məlumat yayıb.
Həbsdə olan Kərimova məktubunda səhhətinin daha da  pisləşdiyini və əməliyyat olunmaq üçün azadlığa çıxmalı olduğunu vurğulayıb. 
Eks- Prezidentin qızı həmçinin qeyd edib ki, ona aid İsveçrə banklarında saxlanılan 686 milyon dollar vəsaitlə bağlı heç bir iddia qaldırmayacaq. 
Gülnarə Kərimova eyni zamanda bildirib ki, 1,2 milyard dollarlıq aktivləri çoxdan onun nəzarətindən çıxaraq dövlət büdcəsinə işləyir. 
Xatırladaq ki, G. Kərimova 2017-ci ilin dekabrında qanunsuz yolla 53 milyon dollar mənimsədiyinə görə haqqında hökm oxunaraq həbs olunmuşdu. O, hazırda Daşkəndin 21 nömrəli qadın koloniyasında cəzasını çəkir.
Yazdı: Admin
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: