Sayt.Biz


» » Üzündəki xal 40 kq ağırlığında şişə döndü

Üzündəki xal 40 kq ağırlığında şişə döndü


İndoneziyanın Şimali Sumatra əyalətinin Medan şəhərinin sakini üzündə böyüyən 40 kiloqramlıq şişdən əziyyət çəkir.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Hazırda 34 yaşı olan Andriadi Putra üzündə kiçik ləkə ilə doğulub. Uşaq vaxtı valideynləri onu yerli həkimlərin yanına aparıblar, lakin tibb işçiləri bildiriblər ki, buna görə narahat olmağa dəyməz. Buna baxmayaraq, zaman keçdikcə ləkə böyüməyə başlayıb.
Putra 11 yaşında olanda yenidən həkimə aparılıb.
Onun yumşaq toxumalarının böyüməsinə və inkişafına mənfi təsir edən, genetik xəstəlik sayılan neyrofibromatozun ağır formasından əziyyət çəkdiyi məlum olub.
Ailənin əlavə müayinələr üçün pulu olmayıb. Valideynlərinə kömək üçün Putra bir neçə il motosiklet mağazasında işləyib. Bütün bu müddətdə şiş böyüməyə davam edib. 2018-ci ildə şişin ağırlığı dözülməz həddə çatdıqda o, işdən çıxmalı olub. Putra daim ağrılardan əziyyət çəkir.
İndi onun şişi təxminən 40 kiloqram ağırlığındadır. Putra şişi aradan qaldıra biləcək cərrahi əməliyyat keçirəcəyinə ümid edir; bunun sayəsində o, normal həyata qayıda bilər.







Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: