Sayt.Biz


» » Azərbaycan iqtisadiyyatının dünya bazarında gücünü artıracaq ilk Supermarket Şəbəkəsi “GRANDMART”

Azərbaycan iqtisadiyyatının dünya bazarında gücünü artıracaq ilk Supermarket Şəbəkəsi “GRANDMART”


Yaxın zamanlarda “Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı olacaq. 
“Grandmart” şəbəkəsinin yaydığı məlumata əsasən, hazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri - neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir.
Cənab prezidentimiz İlham Əliyev ölkə iqtisadiyyatı üçün gözəl imkanlar yaradır, Azərbaycanı iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu siyasəti dəstəkləmək və cənab prezidentimizin beynəlxalq münasibətlərdə möhkəmlənmə mövqeyinə töhfə vermək məqsədilə yerli bazarda fəaliyyətini uğurla davam etdirən “Grandmart” şəbəkəsi Azərbaycan məhsullarının xarici ölkə bazarlarında layiqincə təmsil olunması və Azərbaycan brendinin qlobal markaya çevrilməsi yolunda ilk addımlarını atdı. Belə ki, yaxın zamanlarda “Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı ilə pərakəndə markalarının yalnız ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da fəaliyyət göstərməsinə və Azərbaycan adının tanınmasına stimul olacaqdır. Bu əlamətdar hadisə yalnız “Grandmart” supermarketlər şəbəkəsinin deyil, ümumən Azərbaycan pərakəndə sahəsinin uğurudur. Layihənin həyata keçirilməsində əvəzsiz rol oynayanlar isə “Grandmart” şəbəkəsinin rəhbərləri Eşqin İsmayıllı və Turan Özbahcecidir.
Yazdı: Admin
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat olub saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: