Daha bir şəhidimiz dəfn olundu

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA Vətən Müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən daha bir hərbçimiz torpağa tapşırılıb.
Sayt.biz “Qafqazinfo”ya istinadən bildirir ki, söhbət Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Ələkbərli Ələkbər Ramiz oğlundan gedir.
Şəhidin nəşi əvvəlcə ata ocağına gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, hərbçilər və kənd sakinləri iştirak edib.
Mərasimdən sonra onun nəşi Köçərli kənd qəbiristanlığında dəfn olunub. Şəhidin nəşinin büküldüyü üçrəngli bayraq atasına təqdim olunub.
Qeyd edək ki, Ə.Ələkbərli tankçı olub. O, sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü

Şərh Yaz