Paşinyan erməniləri öldürür və gülür

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Paşinyan erməniləri öldürür və gülürCənubi Qafqaz ölkələri arasında Ermənistan yeganə dövlətdir ki, hələ də COVİD-19 koronavirusuna qarşı kütləvi peyvəndləmə prosesinə başlamayıb.
Ermənistan səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Ripsime Xaçatryanın dediiynə görə, rəsmi İrəvan müvafiq danışıqları başa vurub və indi sənədlərin imzalanması mərhələsindədir.
"Prosesi təxirə salmamaq üçün əlimizdən gələni edirik. Lakin çox məsələ tərəfdaşlarımızdan asılıdır. Sənədlərin imzalanması mərhələsindəyik", - R.Xaçatryan deyib.
Ermənistanda koronavirusa yoluxmuş pasiyentlərlə çalışan səhiyyə müəssisələrinin əməkdaşları Rusiyanın "Sputnik V" vaksini ilə peyvənd olunublar. Rusiya həmin vaksinləri ermənilərə hədiyyə etmişdi.
Paşinyan erməniləri öldürür və gülürErmənistanın Səhiyyə Nazirliyi ölkədə "Sputnik V", "AstraZeneca" və "Pfizer" vaksinlərindən istifadəyə icazə verib.
Rəsmi İrəvan ötən il "COVAX FACILITY" beynəlxalq təşəbbüsünə qoşulub. Bu təşəbbüs bütün ölkələrə dünya bazarlarındakı vaksinləri əldə etməyə bərabər imkanlar yaradır.
Oksford Universiteti və "AstraZeneca" (Britaniya-İsveç) şirkətinin birgə istehsalı olan "AstraZeneca" vaksininin effektivlik səviyyəsi 70%, "Pfizer"in (ABŞ-Almaniya) - 95%, "Moderna"nın (ABŞ) isə 94%-dir.
Dünya bazarlarında "Sputnik V" vaksini 10 dollara, "Pfizer" - 19,5 dollara, "CoronaVac" isə 29,75 dollara satılır.
Bu vaksinlərdən hər biri insana 2 doza vurulmasını nəzərdə tutulur.
Yəni "Sputnik V" ilə tam vaksinasiya 20 dollara, "Pfizer"lə - 39 dollara, "CoronaVac"la isə 59,5 dollara başa gəlir.
Ermənistana 1 milyon doza vaksin gərəkdir.
İrəvan "Sputnik V" alarsa 10 milyon, "Pfizer" alarsa 19,5 milyon, "CoronaVac" alarsa 29,75 milyon dollar sərf etməlidir.
Azərbaycan hakimiyyəti vətəndaşlar üçün Çindən 8 milyon doza "CoronaVac" vaksini alıb və buna görə 238 milyon dollar ödəyib.
Bəhs etdiyimiz fakt Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Paşinyan erməniləri öldürür və gülür"Baxın, Azərbaycan 238 milyon dollarını vətəndaşlarının sağlamlığı üçün düşünmədən sərf edib və ölkədə koronavirus məsələsini minimum yaxın vaxtlaradək qapadıb. Ermənistan elə həmin vaksini satın alsaydı, 1 milyon doza üçün 8 dəfə az pul, yəni cəmi 29,75 milyon dollar ödəyəcəkdi. Lakin baş nazir Paşinyan bunun əvəzində ötən il hökumət üzvlərinə, deputatlara, polislərə, Milli Təhlükəsizlik Xidmətinin və Prokurorluğun əməkdaşlarına toplam olaraq 120 milyon dollar ödəyib. Bu pullar mükafat kimi verilib və qanunvericilikdə nəzərdə tutulmayıb. Halbuki ötən ilin büdcəsinin məxaric hissəsinin cəmi 60 faizi sərf edilib. İşləməyən insanlar mükafat alırlar. Budur müasir Ermənistan və Azərbaycanla Ermənistan arasında koronavirus fərqi", - ermənilər sosial şəbəkələrdə yazırlar.
Ermənilər qəzəblə bildirirlər ki, 2021-ci ilin yanvarın 18-dən bəri Ermənistanda COVİD-21 koronavirus pandemiyasından dolayı ölüm statistikasının yüksək olmasının baiskarı baş nazir Nikol Paşinyandır: "Paşinyan erməniləri öldürür və gülür..."
Paşinyan erməniləri öldürür və gülürOnlar ölkədə tabut ustalarının üç növbədə çalışmalarına, koronavirusun tüğyan etməsinə və zəruri qabaqlayıcı tədbirlərin vaxtında görülməməsinə görə N.Paşinyana qarşı cinayət işi açılaraq, onun məsuliyyətə cəlb olunmasını istəyirlər.
Orxan Hun
Milli.Az /news.milli.az

Şərh Yaz