Çörək yenə bahalaşdı – 83 qəpiyə...

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Çörək yenə bahalaşdı – 83 qəpiyə...Çörəyin qiymətində artım dinamikası fevral ayında da davam edib. Fevralda müxtəlif növ çörəyin dəyəri ötən ilin eyni ayına nisbətən 4,1 faiz artıb.
Sayt.biz rəsmi məlumatlara istinadən bildirir ki, illik müqayisədə çörəyin qiymətində artım sürəti yanvarda 3,1 faiz, 2020-ci ilin dekabrında 2,8 faiz, noyabrda 2,7 faiz olmuşdu.
Bahalaşmadan sonra bir kiloqram buğda unundan hazırlanan çörəyin orta qiyməti 83 qəpiyə yüksəlib. Çörəyin qiyməti yanvarda 82 qəpik, dekabrda 81 qəpik idi.
Ötən ilin yanvar və fevral aylarında da çörəyin bir kiloqramı 81 qəpik olub.
Çörək məhsulları arasında ən çox bahalaşma çovdar və qarışıq undan hazırlanan çörəkdə qeydə alınıb. Çovdar çörəyinin bir kiloqramının dəyəri 2021-ci ilin fevralında 2020-ci ilin fevralında nisbətən 5 faizdən çox artaraq 1 manat 23 qəpik olub. Yanvarda çovdar çörəyinin dəyəri 1,22 manat, ötən ilin fevralında 1,17 manat idi.
Qarışıq undan hazırlanan çörəyin bir kiloqramının qiyməti 2021-ci ilin fevralında 1 manat 11 qəpik olub. Yanvarda qarışıq undan hazırlanan çörəyin qiyməti 1,1 manat, ötən ilin fevralında 1,04 manat təşkil edib. İllik müqayisədə qarışıq undan hazırlanan çörək 6,73 faiz bahalaşıb.
Çörəyin bahalaşmasında əsas səbəb unun bahalaşması olub. Buğda ununun kiloqramının dəyəri bu ilin fevralında 1 manat 17 qəpik, yanvarda 1,14 manat, ötən ilin fevralında 1,09 manat təşkil edib. İllik müqayisədə unun qiymətinin 7,34 faiz artmasını görürük.

Sfera.az

Şərh Yaz