“XOSROV VƏ ŞİRİN” – ELŞƏN İSMAYIL-dan yeni tamaşa

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...

“XOSROV VƏ ŞİRİN” – ELŞƏN İSMAYIL-dan yeni tamaşa


Nəzərənizə çatdırırıq ki. Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şirvan Mədəniyyət Mərkəzinin sifarişi ilə Rejissor ELŞƏN İSMAYIL dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş, “Xəmsə”-nin sayca ikinci poeması olan “XOSROV VƏ ŞİRİN” əsasında yeni, fərqli, özünəməxsus bir tamaşa hazırlayıb. Tamaşa Şirvan Mədəniyyət Mərkəzinin səhnəsində 27 Dekabrda nümayiş olunub. Tamaşanın izləyiciləri arasında Şirvan şəhər icra hakimiyyətinin rəhbəri və digər dövlət rəsmiləri də vardı. 

Tamaşada Şirvan Şəhər Peşə Liseyinin və Şirvan Dövlət Humanitar və İqtisad Kollecinin tələbələri, digər könüllülər olmaqla, həvəskar komanda iştirak edib. Eləcə də, Şirvan Mədəniyyət Mərkəzinin əməkdaşları da tamaşada rol almışlar.

Baş təşkilatçı və layihə rəhbəri NƏMİDƏ NƏMİNİ, rollarda RÖVŞƏN BABAYEV, VƏKİL HƏSƏNOV, AZƏR HƏSƏNOV, ÜMİD QULİYEV, NURAY ƏLİZADƏ, XURAMAN QƏDİROVA, AYSUN İMANSOY, SƏRDAR SƏMƏDZADƏ, BƏHRAM QULİYEV, RUSLAN BATIŞOV, AYSEL İBRAHİMOVA iştirak etmişlər. Səs Rejissoru və Rejissor köməkçisi VÜQAR HÜSEYNLİ-dir. 

Tamaşanın tezliklə Online platformalarda nümayişi gözlənilir. 






Şərh Yaz