İki uşaq anasını vurub öldürən azərbaycanlı milyarder oğlunun maşınının nömrəsinin qiyməti eşidənləri ŞOK ETDİ

İki uşaq anasını vurub öldürən azərbaycanlı milyarder oğlunun maşınının nömrəsinin qiyməti eşidənləri ŞOK ETDİ

Ayın 3-də Bakıda gənc qadını vurub öldürən tanınmış biznesmen Füzuli Fərəcovun oğlu Ağəli Fərəclinin idarə etdiyi "Porşe Kayen Maqnum" avtomobilinin 99 BS 999 dövlət qeydiyyat nişanlı nömrəsinin qiyməti bəlli olub.

Avtomobil satışı ilə məşğul şəxslərin verdiyi məlumata görə, hazırda bu nömrənin qiyməti 100 min manatdır.

"99 ?? 999 nömrəsinin qiyməti 100 mindən başlayır. Əgər seriya qoşa hərfdən ibarətdirsə (BB, SS və s.), onun qiyməti 200 min manatdır, fərqli hərflər olduqda isə 100 min manata satılır".

Bəs, dövlət nömrəsinin satışını fərdi şəxslər necə həyata keçirə bilirlər?

Avtomobil satışı ilə məşğul olanların sözlərinə görə, adətən, maşını satarkən nömrənin üstündə qalıb-qalmaması ilə bağlı satıcı ilə alıcı razılaşırlar: "Mümkündür ki, şəxs nömrəni özündə saxlayır və alıcısı tapılanda, polisə gedərək, nömrədən imtina etdiyini bildirir, qarşı tərəf isə həmin nömrəni alır və cüzi rüsumunu keçirib öz adına sənədləşdirir".

Qeyd edək ki, A.Fərəclinin "Porşe" maşınının qiyməti 200 min manatdan başlayır.
mənbə: axaraz
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz