Yuxu yozma Q herfi

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

QAB-QACAQ - Torpaqdan, gildən düzəldilmiş qab-qacaq görmək-nökər, xidmətçi, bənna anlamına gəlir. Eyni zamanda, röya sahibnin mal-mülık yiyəsi olacağını bildirir.
----
yuxu QABIQ - Ağac qabığı-bir səyahət xəbəri sayılır. Dəniz heyvanı qabığı-xoş xəbərdir.
----
yuxu QAFA - Röyada qafa görmək-bir sınaqdan uğurla çıxacağınıza yozulur.
----
yuxu QALAY - Parlaq bir gələcək şəklində yozulur.
----
yuxu QALAYÇI - Sizi çox nəşəli günlər gözləyir.
----
yuxu QALDIRICI KRAN - Son zamanlar sıxıntı içində olduğunuza və ağır bir borc yükü altına girəcəyinizə yozulur.
----
yuxu QALXAN - Röyada qalxan görən adam zəngin olacaq, oğlu dünyaya gələcək, bir az çətinlik çəksə də, sonu yaxşı olacaqdır.
----
yuxu QALİBİYYƏT - Röyada özünü hər hansı bir idman yarışında qalib gəlmiş görən, ertəsi gün cəhd elədiyi bir işdə yeniləcəkdir. Əgər yarışda uğur çox fərqli bir üstünlüklə əldə edilmişsə, röyanı görən adama durduğu yerdə hardansa pul gələcəkdir.
----
yuxu QAMIŞ - Yuxuda qamış görmək-röya sahibnin heç gözləmədiyi bir anda tanışları qarşısında çətin və anlaşılmaz bir duruma düşəcəyini göstərir.
----
yuxu QAMIŞLIQ - Sıxıntı içinə düşməyə və bu sıxıntıdan bir dostun yardımı sayısində qurtara biləcəyinizə yozulur.
----
QANALMA - Bilgiyə (elmə) və əmanətə işarə olub, qorxunun, təhlükənin sovuşduğuna yozulur. Qan alan ixtiyar adamdırsa, bu röya çox xeyirlidir. Cavan oğlan belə yuxu görərsə, sərvətə və şöhrətə qovuşar.
----
yuxu QANQSTER - Yuxuda qanqster görən adamın həyatı və gələcəyi himayə altındadır.
----
yuxu QANTAR (yaylı əl tərəzisi) - Kasıb üçün var-dövlət anlamına gəlir.
----
yuxu QAPAN - Ynlış bir hərəkətə yol verərəkişlərinizi alt-üst edəcəyinizə dəlil olaraq qəbul edilir.
----
yuxu QAPI KİLİDİ - İşlərin çözüm yoluna girəcəyinə yozulur.
----
yuxu QAPLAN - Yuxuda qaplan (pələng) görmək-çox hiyləgər və qüvvətli düşmənə işarədir. Qaplan əti yemək, yaxud südünü içmək-mənfəət və qazanca; qaplanı tutduğunu görmək-düşməni yenməyə yozulur.
----
yuxu QAR - Röyada pəncərədən yağan qarı seyr etmək-üzüntü və sıxıntıların ən qısa zamanda öz-özünə yox olacağını xəbər verir. Qar fırtınasına düşmək-tasalı, qayğılı günlər başlayacaq və bir təhlükəni dəf edə biləcəksiniz. Qarda yerimək, üzərində ayaq izlərini görmək-xoş bir sürprizlə qarşılaşacağınıza işarədir.
----
yuxu QARA BİBƏR - Acı xəbərə yozulur.
----
yuxu QARA CİYƏR - Röyada qara ciyər görən adam içki içir və qızartma yeyirsə, dərhal bunlardan vaz keçməlidir, serroz ola bilər.
----
yuxu QARA DƏNİZ - Qara dənizlə ilgili yuxular çətin bir işlə qarşı-qarşıya qalacağınıza yozulur.
----
QARA TUT - Yüngül bir xəstəliyə tutulma ehtimalını göstərir.
----
yuxu QARABASMA (kabus) - Tez-tez qorxulu yuxu, kabus görmək-röya sahibinin gizli düşməninin meydana çıxmasına və onu yenəcəyinə yozulur.
----
yuxu QARABATDAQ - Dərin bir eşq və məhəbbətlə birisinə bağlanacağınıza yozulur.
----
yuxu QARAJ - Röyada qarajda avomobili təmizlədiyini, yaxud benzin doldurduğunu görmək-çox yaxşı yuxu kimi yozulur. Yaxın zamanda qovuşacağınız sərvətə və etibara işarədir. Qarajda işləmək-gəliri artırıb çoxaltmaq üçün yaxşı bir fürsət ələ düşəcəkdir.
----
yuxu QARANLIQ - Yuxuda qaranlıq-qayğıların, üzüntülərin artacağına; qaranlıqdan işığa çıxmaq-qayğılardan qurtulmağa, yüksək mövqeli dövlət adamlarına yaxınlıqdan faydalanmağa işarədir.
----
yuxu QARATOYUQ - Çox sevdiyiniz bir dostla bərabər səyahətə çıxacaqsınız.
----
yuxu QARAYEL - Röyada qarayel rüzgarının şiddətlə əsdiyini görmək-bir tanışınız vasitəilə işinizdə yüksələcəksiniz.
----
yuxu QARAÇI - Buröya cavan oğlan üçün yaxın vaxtlarda gözlənilməz səfərə; orta yaşlılar üçün-pul itkisinə; evlənməmiş qadın üçün-gözləməyi çox sevən birisiylə izdivaca; evli qadın üçün-bəzi gizli məsələlərin aşkar olacağına işarə sayılır.
----
yuxu QARAĞAC - İşinizdə uğur, evinizdə xoşbəxtlik deməkdir.
----
yuxu QARDAŞ - Qardaşını yuxuda görən adamyaxınlarından və ya dostlarından xoş xəbər alacaqdır. Kişilər üçün bu röya maddi durumunun düzələcəyinə; qadınlar üçün-sıxıntılı anında gözləmədiyi bir adamdan yardım gələcəyinə işarə sayılır.
Səyfələr:
1 2 3 4 5

Şərh Yaz