Yuxu yozma L herfi

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

LABORATORIYA - Yuxuda laboratoriyada isləmək-röya sahibinin çox bilikli və yetgin bir adam olduğunu göstərir.
----
yuxu LACİVƏND - (səmavi rəng)-Rəsmi bir toplantıya çağrılacaqsınız.
----
yuxu LADİN - (şam ağacı növü)-Röyasında ladin ağacı görən adam qısa zamanda muradına yetişəcəkdir.
----
yuxu LAF ATMAQ - (söz atmaq)-Röyada birisinə, yaxud gənc bir qıza söz atmaq-acizliyə işarədir.
----
yuxu LAL - Özünü yuxuda lal və danışmayan görmək-dostlarınız fikir və düşmənlərinizi təqdir etmir və sizi anlamır deməkdir.
----
yuxu LALƏ - Yuxuda lalələrlə bəzənmiş bir çəmənlik görmək-röya sahibi öz mühitində faydalı bir vəzifəyə təyin ediləcəksə də, bu vəzifə onun şəxsi rahatlığını və əmin-amanlığını pozacaqdır.Röyada lalə toplamaq-təhlükəli bir yoldaşlıqdan sonra vaxtında ayılıb işin fərqinə varacaq və bu təhlükəni aradan qaldıra biləcəksiniz.
----
yuxu LAMPA - Röyada lampa yandırmaq və ya işığında oxumaq-bu röya cavan oğlan üçün müşkül və çətin bir duruma düşəcəyinə; orta yaşlı adam üçün-həyatda uğur qazanmaqdan ötrü hələ təcrübə sahibi olmadığına; gənc qız üçün-xoş və əyləncəli bir ziyafətə gedəcəyinə; yaşlılar üçün-yaxşı bir işdə gözlənilmədən bəxtinin gətirəcəyinə işarə sayılır.
----
yuxu LAVA - Röyada yanardağdan (vulkandan) axan lava görən adam bir eşq macərası yaşayacaqdır. Ancaq çox diqqətli olması gərəklidir.
----
yuxu LAVANDA ÇİÇƏYİ - Anormal bəzi durumlarla qarşı-qarşıya qalına biləcəyinin bəlirtisi olaraq qəbul edilir. Lavanda çiçəyi qurusunu yastıq, yataq arasına qoymaq-qara sevda bəlirtisi kimi yozulur. Lavanda odekolonu isə müjdəyə yozulan röyalardan hesab edilir.
----
yuxu LAĞIM - Yuxuda lağıma düşdüyünü görən adam iş həyatından dolayı asanlıqla qurtara bilməyəcəyi bir duruma düşəcəkdir. Röyanı görən qadınsa, dostu onu aldadaraq pulunu əlindən alacaqdır.
----
LEHİM - Röyada bir tənəkə lehimlədiyini görən adam başladığı işi uğurla sona çatdıracaqdır.
----
yuxu LEHİMÇİ - TƏNƏKƏÇİ-Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir.
----
yuxu LEYLƏK - Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir. Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba içarədir. Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir. Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir.
----
yuxu LEŞ - Çox pis bir xəbər alacağına işarə sayılır.
----
yuxu LOBYA - Röyada lobya görmək və ya lobya xörəyi yemək-hər sirrinizi dostlarınıza açır və bu səbəbdən də daima zərər görürsünüz.
----
yuxu LOBYA SALATI - Yuxuda lobya salatı yeyən adamın yaxın günlərdə əlindən pul gedəcəkdir.
----
yuxu LOPABIĞ - Röyada lopabığ bir adam görmək-macəralı bir eşq həyatına başlamaq üzrəsiniz deməkdir.
----
yuxu LORD - Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz.
----
yuxu LOTEREYA - Röyada lotereyasını udduğunu görən adam, gözləməriyi halda, çox xeyirli bir sərvətə qovuşacaq. Lotereyanın uduşa düşməməsi-həyatda irəli gedə bilmək üçün başqa imkanlar tapılacağına yozulur.
----
yuxu LOVĞA, ƏDABAZ ADAM - Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir.
----
Səyfələr:
1 2

Şərh Yaz