Yuxu yozma Y herfi

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

YABA - Böyük bir zəhmət və sıxıntı içinə düşəcəyinizə yozulur.
----
yuxu YABANCI (yad) - Röyada bir yabancı ilə tanış olmaq-yeni bir iş imkanı ələ düşəcəkdir.
----
yuxu YAD MƏMLƏKƏT - Cavan oğlanın yuxuda yad bir məmləkətdə olduğunu və heç yeri tanımadığından çaşqın-çaşqın boylandığını görməsi-vasitəçi və tərcüməçi olmadan həlli müşkül bir işlə qarşılaşmağa yozulur. Orta yaşlı adam üçün bu röya-təcrübəsi olamasa da, gözəl bir işi idarə etmək üçün təklif alacağına; daha yetgin yaşda olanlar üçün-dostlara və yoldaşlara güvənmədiyindən, işin pozulacağına və çətin duruma düşməyə işarədir.
----
yuxu YALAN - Röyada yalan danışmaq və ya yalandan şahidlik etmək-birisi haqqında iftira və pis söz söyləmək kimi yozulur.
----
yuxu YALAQ- - Bərəkətə yozulur.
----
yuxu YALIN AYAQ - Röyada birisini yalınayaq görmək-yoxsulluq əlamətidir.
----
yuxu YALTAQ, YALANÇI - Ətrafınızı saran yalançı, hiyləgər və şarlatan adamların pisliklərindən özünüzü qorumağın vacibliyinə işarədir.
----
yuxu YANAQ- - Yanaq yuxuda-xeyrə, bolluğa və bərəkətə, bəzən də üzüntüyə, kədərə və xəstəliyə işarədir.Qırmızı və ətli yanaq-rütbə və məqama, xəstəlikdən qurtulmağa, qismətə, sevincə yozulur.İki yanaq-gözəlliyi və ya sevimli bir şeyi, ya da o yanaqları öpəcək adamı ifadə edir.Sarı və ya qara yanaq-qorxu, üzüntü və etibardan düşmək anlamındadır.
----
yuxu YANĞINSÖNDÜRƏN- - Yuxuda yanğınsöndürən görmək-bir sıxıntıdan qurtulub fərəhə,əmin-amanlığa qovuşacağını xəbər verir. Əgər yanğınsöndürən bir yanğına su atırsa, röya sahibi böyük bir bəladan qurtaracaq, gözləmədiyi bir vaxtda ummadığı bir adamdan yardım görəcəkdir.
----
yuxu YAPALAQ - Röyada yapalağın oxuduğunu eşitmək-birisi tərəfindən aldadılacağınıza işarədir.
----
YAPIŞQAN - Yuxuda yapışqan görmək-bir müşkülü həll edən ustad və xalq arasında barışıq, mehribançılıq yaradan ağsaqqal bir adam anlamına gəlir. Yapışqan, eyni zamanda, oğru və çapqınçıların yaxalanması kimi də yozulur.
----
yuxu YAPON - Röyasında yapon görən adam əgər subaydırsa, həyatını sadiq və müşfiq birisi ilə birləşdirəcəkdir. Evli üçün də bu röya xeyrə yozulur.
----
yuxu YAPON GÜLÜ (kameliya) - Böyük bir səyahətin xəbərçisi olaraq yozulur.
----
yuxu YAQUAR - Uğur, müjdə işarəsi sayılır.
----
yuxu YAQUT - Yuxuda yaqut görmək-firəvanlıq, şadlıq işarəsidir. Yaqut qaşlı uzuk taxmaq-gözəlliyə, şan-şöhrətə yozulur.Yaqut daşı tapmaq-əlinizə mal keçəcək. Kasıblar üçün bu röya-qüvvətli olmağa, xəstələr üçün cəhənnəmdən qurtuluşa işarədir.Əlində yaquta bənzər bir daş olduğunu görən kimsə soyca şərəfli olmadığı halda, əsil-nəcabət iddiasında olar.
----
yuxu YARA - Yuxuda yaralandığını, üst-başını qanlı görmək-yaxın dostları röya sahibini pis və şərəfsiz bir iş tutmaqdan çəkindirəcəklər. Qadının belə röya görməsi-sevgilisinin və ya ərinin onu aldatdığına işarədir. Yaradan qan axması-yoldaşlarınızdan biri sizi lağa qoyub gülünc duruma salacaqdır.
----
yuxu YARALANMAQ - Röyada bir adamı yaralamaq-yaralayan qəmə-qayğıya, kədərə dücar olacaq, yaralanan da sıxıntılara məruz qalacaqdır. Bu röya yaralayanın zərərinə, yaralananın kininə işarədir.
----
yuxu YARASA - Yuxuda yarasa görmək-korluğa, sapıqlığa, yoldan azmağa işarədir. Yarasa-gizlicə qeyri-əxlaqi işlər tutmağa və o işlərin aşkara çıxacağına yozulur.
----
yuxu YARIŞ- - Röyada bir yarışda iştirak etmək və yarışı udmaq-uğur qazanacağınıza; uduzmaq-peşmançılığa yozulur.
----
yuxu YARMA - Yuxuda yarma və yarma halvası görmək-ölüm xəbəri kimi yozulur.
----
YARMARKA - Yuxuda yarmarka görmək-geniş miqyaslı bir alış-verişə girəcəyinizə və bu işdən qazanc əldə edəcəyinizə işarədir.
----
yuxu YASTIQ - Yuxuda cavan oğlanın yumşaq bir yastığa dirsəklənib istirahət etməsi-yaxın vaxtlarda onun əlinə fürsət düşəcək və ən kəsə yolla bolluğa və xoçbəxtliyə qovuşacaqdır. Yaşlı adamlar üçün bu röya-xoş və əyləncəli bir istirahətə; subay qadın üçün-pullu bir kişiylə birləşməyə; evli qadın üçün-qiymətli bir dost qazanmağa, yaxud rəsmi bir toplantıya dəvət edilməyə yozulur.
----
yuxu YATAQ - Yeni bir könül macərasına işarədir.
----
yuxu YATAĞAN (qılınc) - Şan, şərəf, etibar rəmzi kimi yozulur.
----
yuxu YAXA - Yuxuda paltarın yaxası-sərvətə və mala; yaxasının bürüşük və əzik olması-zərərə işarədir.
----
yuxu YAXI - Röyada yaxı görmək-sağlamlığınıza diqqət yetirmədiyinizi göstərir.
----
yuxu YAXTA VƏ KATER - Heç vaxt yaxtaya minməmiş adamın yuxuda yaxtaya minməsi xeyirli röyalardandır. Cavan oğlan üçün bu röya-ani və sürətli bir dəyişiklik nəticəsində qazanacağı xoş gələcəyin müjdəsidir. Yaşlı adam üçün-işlərində uğur qazanmağa; ərə getməmiş qızlar üçün-zəngin, lakin yaşlı bir adamla evlənməyə; evli qadın üçün-zəngin və moderi bir həyata yozulur.
----
yuxu YAXŞILIQ - Röyada yaxşılıq edən və bir fəqirə əl tutub yardım etdiyini görən adam şad bir xəbər alacaq, dövlətli olacaqdır.
----
yuxu YAZI YAZMAQ- - Röyada yazı yazma-hiyləni; yazı yazanı görmək isə-hiyləgər bir adamı ifadə edir.Öz yazısını çirkin olduğunu görən adam günahlarından tövbə edər.Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyən kimsənin işləri yarımçıq qalar.Yuxuda yazı yazmağa çalışmaq, lakin gözəl xətlə yaza bilməmək-röya sahibi qorxu və zəhmət içində olsa da, sonda gözəl nəticələr əldə edəcək.Bir kağız üzərində yazı yazmaq-mirasa qovuşmaqdır.Yuxuda sol əliylə yazı yazan adamın zina yoluyla bir cocuğu doğulacaq və bu uşaq böyüyüb şair olacaqdır.Röyada kitab yazdığını görən kimsə yüngül bir xəstəlik keçirəcəkdir.
----
yuxu YAĞ - Böyük bir xoşbəxtliyə doğru addımlamaqda olduğunuzu göstərir.
Səyfələr:
1 2 3

Şərh Yaz