Sayt.Biz


» » Yuxuda görmüşəm Yuxuların anlamı və izahı

Yuxuda görmüşəm Yuxuların anlamı və izahı



Üzük: Yuxuda üzük görmək, yaxşı işarədir. Üzük taxmaq, yeni bir işə başlayıb çox pul qazanmağa, nigah üzüyü taxmaq isə gözəl və xoşbəxt bir evliliyə yozulur. Subay biri üçün üzük evlilik anlamına, evli insanlar üçün isə işlərində qazanacağı müvəffəqiyyətə yozulur. Gözəl olmayan və solğun rəngli bir üzük bədbəxtlik gətirər.

Şal: Röyada şal görmək həyat, mərdlik, səyahət, qardaş və övlada yozulur. Bir kimsə yuxuda şalının əlindən alındığını görərsə, şan və şöhrəti azalar, mal-dövlətinə xələl gələr. Şal həmçinin borc ödəmə və qısa zamanda mülk sahibi olacağınıza işarə sayılır.

Boyunbağı: Röyada boyunbağı görmək kişi üçün sıxıntıya, qadın üçün isə xeyirə, evlilik və övlad sahibi olmağa işarədir. Qırmızı boyunbağı taxmaq uzun və həyəcan verən bir sevgiyə yozulur, yaşıl boyunbağı bütün arzu və istəklərinizin qısa bir zamanda gerçəkləşəcəyinə, ağ boyunbağı taxmaq gözləmədiyiniz bir yerdən sizi rahatlaşdıracaq xəbərlər alacağınıza, qara boyunbağı taxmaq isə sıxıntılı günlər keçirəcəyinizə yozulur.

Yelpik: Yuxuda yelpik rahata, çətinlikdən və döyüşdən qurtuluşa, yoxsulluqdan varlığa şərh olunur. 

Çətir: Yuxuda yağış yağarkən çətir ilə getmək, yuxunu görən adamın çox çətin bir vəziyyətə düşməsilə ona böyük dəstək təmin edəcək yaxşı bir yoldaşı olduğuna şərh olunar. Yuxuda bağlı bir çətir gözəl bir iş, açıq çətir böyük güvən duymaq deməkdir.

Bilərzik: Yuxuda qızıl bilərzik qadın üçün sevinc və fərəhə, kişi üçün isə qəm və kədərə yozulur. Gümüş bilərzik qadın və kişi üçün dinlə maraqlanmağa yozulur. Subay birinin yuxuda bilərzik görməsi evliliyə işarədir. Yuxuda bilərzik tapmaq mirasa dəlalət edir. Yuxuda bilərzik taxdığını görmək, sevdiyinizin sizə çox sadiq olduğundan xəbər verir.

Saç sancağı: Yuxuda gözəl saç sancağı sevgi və evliliyə gedən yoldan xəbər verir. Sancağı saçdan açıb çıxartmaq nişan və nigahdan dönmək, saçları toplamaq isə işlərinizi yoluna qoymaq, qaydasına salmaq kimi izah olunur.

Eynək: Yuxuda eynək taxdığınızı görmək bu günlərdə çox dalğın və fikirli olduğunuza işarədir. Eynək taxmaq həmçinin ətrafınızda olan bir sıra saxta insanlara işarə sayılır. Yuxuda eynək uzaqdan gələcək bir xəbərə də yozulur.

Qalstuk: Qalstuk gələcəkdə qazanılacaq uğurlardan da xəbər verir.

Şlyapa: Yuxuda başında şlyapa ilə gəzmək – cəmiyyətin yuxarı dairələrinə qalxmaq deməkdir. Şlyapa almaq – ictimai işlərdə iştiraka işarə edir. Gözəl bir qadının başındakı şlyapadan gözünüzü çəkə bilmirsinizsə, yaxınlarda eşqə düşəcəksiniz. Kişi yuxuda şlyapa alırsa, deməli, gördüyü işə görə məsuliyyət daşımaqdan boyun qaçırır.

Qol saatı: Yuxuda bir insanın sizə qol saatı verməsi o insanla gələcəyinizin bir-birinə bağlı olduğuna yaxud çox yaxında bir-birinizə kömək edəcəyinizə işarə sayılır.
 


Obyektiv (fotoaparatda) – yuxuda fotoaparat obyektivi görən adama nəzər dəyəcək, o, bəd nəzərlər altındadır.

Ov nizəsi – yuxuda ov nizəsi ilə bir heyvanı yaralamaq – gəlirli bir işə girişib, bol pul qazanacağınıza işarədir.

Ov iti – işlərinizin tezliklə düzələciyinə işarədir.

Ovalıq (vadi) – röyada göz işlədikcə uzanan geniş bir ovalıq görmək – gənc bir qız üçün bu röya, sakit və rahat keçməyəcək bir ailə həyatına yozulur.

Ovsun – röyada birisinin ovsunlandığını, sehirləndiyini görmək- bu yuxu kişilər üçün dostluqda hansısa bir sui istifadə halının üzə çıxacağını, ərə getməmiş qadın üçün sevgilisinin əlindən alınma təhlükəsinə, evli bir qadın üçün isə böyük bir sirrə ortaq olacağı anlamına gəlir.

Oğlaq -röyada oğlaq uşağa yozulur. Boğazlanmış oğlaq görənin uşağı ölər.Bir oğlaq sahibi olduğunu görmək- uşağınız olacaq deməkdir. Yemək üçün oğlaq kəsmək- uşağınıza səbəb əlinizə sərvət keçəcəkdir.

Oğlan uşağı – yuxuda oğlan uşağı görmək – etibarlı dostlarınızın olduğuna, bütün hərəkətlərinizin hamı tərəfindən qayğıyla qarşılandığına yozulur.

Oğru (oğurluq) – röyada qorunan bir şeyi oğurlamaq zinakarlığa və məqsədinə çatmağına yozulur. Əgər röyada görünən oğru tanınırsa, həmin oğru malını çaldığı kimsədən fayda görəcək, ondan bir elm, sənəti, ya da bir sözü öyrənəcək. Yuxuda tanınmayan oğru da bu şəkildə yozulur. Röyada bir evdən qulluqçulara aid bir şeyi oğurlamaq – bu yuxu onlardan birisinin öləcəyinə işarədir. Əgər röyada tanınan biri gümüş pul oğurlayarsa, bu həmin adamın pis söz söhbət gəzdirdiyini göstərir. Oğru yaşlıdırsa və tanınmırsa – röya sahibinin bir dostu onun əleyhinə söz gəzdirir və onu pisləyir. Cavan oğru – röya sahibinin düşməni onun əleyhinə söz gəzdirir. Çeşidli yozumlara görə, röyada oğurluq etmək – gözəlliyə və xeyirə əlamət sayılır. Eyni zamanda yuxuda oğurluq edən adamın evinə oğru girməsindən ehtiyat edilir. Röyada görülən oğurluq oğrunun işləyəcəyi günahı ifadə etdiyi üçün zinakarlığa və yalana da yozulur.

Oğul-uşaq – röyada qucaqda gəzdirilən balaca uşaq görmək- üzüntü və kədər, həddi buluq yaşına yaxın oğlan isə, müjdəyə yozulur. Röyada həddi buluğa çatmış oğul – qüvvəti və qüdrəti ifadə edir. Quran oxumağı bilən bir adamın məktəbə gedən oğlu olduğunu görməsi – röya sahibi günahının bağışlanmasını istəyir deməkdir. Yuxuda yeniyetmə bir oğlu olduğunu görən adam anası tərəfindən mirasa qovuşacaq. Çoxlu uşağı olduğunu görmək – üzüntü və kədəri bildirir. Görülən uşaq oğlandırsa, röya sahibinin aqibəti yaxşı, qızdırsa- pis olacaq. Subay adamın yuxuda körpə bir uşağı olduğunu görməsi – o adam qüdrət və izzət sahibi olacaq, sağlam və əminamanlıq içində yaşayacaq, işində uğur qazanacaqdır. Röyada görülən kiçik uşaqlar – xırda-para üzüntülərə sayılır. Qucağında qışqırıb ağlayan bir uşaq tutduğunu görən adam ud çalan olacaq. Müxtəlif yozumlara görə, röyada görülən oğlan uşaqları- var-dövlətə, xeyrə də yozulur.

Od (yanğın) – odla ilgili yuxular müxtəlif cür yozulur. Qaranlıq gecədə xalqa yol göstərmək məqsədilə od qalanması elmə və biliyə yiyələnmək mənasına gəlir. Gündüz çağı yol üstündə od qalanması boş şeylərlə məşğulsunuz. Oda ibadət etmək – savaşçı və qovğaçı olduğunuza, günah işlərlə şeytana qulluq göstərdiyinizə işarədir. Qış günündə od qalamaq və istisində qızınmaq – zənginliyə, var-dövlətə, od yediyini görmək – dustaqxanaya düşməyə; Oda girib çıxmaq – cənnətə düşməyə; Oda girmək – malından dolayı zərərə və cəhənnəmə düşməyə yozulur. Bu cür yuxular görən adamın günah işlərdən çəkinməsi gərəkdir. Alovlu və gur bir tonqalın ətrafında adamların dövrə vurduğunu görmək – bərəkətə işarədir. Çöldə od görüb rahat olmaq- vəhşət və yalnızlıqdan firavan həyata qovuşacaqsınız. Taxıl zəmilərinin yandığını görmək – taxılın qiyməti artacaq. Üstündə qazan olmayan ocaq görmək- evi qoruyan gözətçidən zərər yetişəcək. Üstündə qazan, ağzında tüstüsüz ocaq görmək – yuxunu görən həccə gedəcək.Bir məhəlləyə, ya da şəhərə od düşdüyünü görmək – o yerdə müharibə olacaq və ya çiçiək, taun, vəba kimi məhvedici xəstəliklər epidemiya halını alacaqdır. Göydən od yağdığını görmək- o yerdə yaşayanlar şiddətli və dəhşətli sıxıntılara məruz qalacaq. Alovun göyə qalxdığını görmək – həmin yerin adamları qorxusuz, hürküsüz günah işlərlə məşğul olaraq, Uca Tanrıya qarşı sayğısızlıq göstərirlər. İsinmək və ya başqasını isitmək üçün od qalamaq – hədə-qorxuyla, təhriklə bir şeydən faydalanmaq, bu yolla yoxsulluqdan qurtarmaq anlamına gəlir. Od üstündə kabab çəkmək – camaatın əzab və iztirablarına, məyusluğuna səbəb olacaq bir sözə yozulur. Kababdan yemək isə – gündəlik ruzi anlamını verir. Od üstündə qazan qaynatmaq – yuxu sahibi öz qulluqçusu və ya işlərini görən bir kimsə tərəfindən gələcək gəlirindən məhrum olacaqdır. Paltarın yandığını görmək – pal-paltarla bağlı zərərə düşəcəksiniz. Xəyali yanğın – qorxulu vəziyyətdə olan adam üçün əminamanlığa və təhlükəyə yozulur. Öz evindən alov çıxdığını görmək – röyanı görən bir vilayətə vali təyin ediləcək, yaxud kommersiya və peşə fəaliyyətində güc-qüdrət sahibi olacaqdır. Bir adam öz ocağının nuruyla, işığıyla qərbdən-şərqə bütün dünyanın aydınlaşdığını görərsə – bu röya onun dünyaca məşhur olacağına, dünya şöhrətli elm adamı kimi tanınacağına yozulur. Evinə yanğın düşdüyünü görmək – ucuzluq, bolluq, var-dövlət anlamını verir. Alovun başından yuxarı qalxdığını görmək – röya sahibinin arvadı boyludursa gözəl bir oğlan uşağı dünyaya gətirəcək. Dağ başında ocaq qalamaq – mənəviyyatın sağlamlığına, Allaha yaxınlığına, Röya sahibi qürbətdədirsə – sağ-salamat yurduna dönəcəyinə yozulur. Alov içində olmaq, lakin yanmamaq – mələyə yaxınlaşaraq onunla söhbətdə bulunacaq və başınızdan keçənləri anladaraq, düşmən üzərində zəfər çalacaqsınız. Evdə yanan ocağın nuru ailə üçün faydalı olur, lakin bu nurun söndüyünü görmək – o evin böyüyünün vəfat edəcəyinə işarədir. Sönmüş ocağı külək közərdərsə – o evə oğru girəcək. Od eyni zamanda, cin tayfasına, qıtlığa və çəyirtkə basqınlarına da yozulur. Fırın ocağı – sərvəti və gəliri bildirir. Yuxuda qazan içində alov görənlər – yerli-yersiz danışar, cin və pərilərin təsiri altında olan tutmalı adamlar kimi havalı sözlər söyləyərlər. Alov yemək – gümüş və qızıl qablarda haram yeməyə yozulur, bəzən də kasıblarla dostluq etmək mənasına gəlir. Odun çox gur yanması – itkiyə və ölümə işarədir.

Oda (otaq) – röyada oda görmək – girişdiyiniz işdə və mübarizədə çətin də olsa böyük uğur qazanacaqsınız.

Odekolon – röyada odekolon qoxulamaq, sıxıntı içində olduğunuza və bir müddət bu sıxıntının davam edəcəyinə yozulur.

Odun – röyada yanan ocağa odun atmaq – cavan oğlan üçün dost bilib görüşdüyü bir nəfərin ona düşmənçilik edəcəyinə; təcrübəli, yaşlı olanlar üçün – mənsəb sahibi olmaq ehtimalına; gənc qız üçün – ağac emalı və ya texnika sahəsində çalışan bir mühəndisə ərə gedəcəyinə; evlilər üçün – pul ucbatından qovğaya düşməyə yozulur.

Oyaq qalmaq – röyada oyaq qaldığını görmək- röya sahibinin yaxınlarından birinin itgisinə işarədir. Gecə oyaq qaldığını və yata bilmədiyini görən adam dostlarından ayrılacaq. Yuxuda özünü oyaq görmək işlərin doğru yolda olduğunu, çirkin işlərdən uzaq durmağı, uzun ömür ifadə edir. Röyada yatan bir adamı oyandırmaq röya sahibinin yatan adamı doğru yola sövq etdiyini göstərir.

Oyanmaq – yuxuda özünü oyanmış olaraq görmək – ciddi və səmimi hərəkət, iqbal, tövbə, ticarət və səfərdən əldə olunacaq qazanc anlamına gəlir.

Oymaq -röyada oyma sənəti ilə məşğul olmaq və ya oymalı taxta görmək – kədərli xəbər anlamındadır.

Oynaş – röyada oynaş tutmaq və ya kiməsə oynaş olmaq- başınızda böyük bir fəlakətin dolaşmaqda olduğunu xəbər verir.

Oyun kartı (qumar) – röyada kart oyunu oynayan adamın işlərində hiylə var. Bu səbəbdən gördüyü işlərdən zərər görəcək. Röyada möhürü açılmamış bir dəst oyun kartı görmək – sizə heç də dost duyğular bəsləməyən şəxslərin əleyhinizə çalışmaqda olduqlarına işarədir. Dəst açılmışsa sizi tutduğunuz mövqedə ləkələmək, zərər vermək üçün tutulan işlərin uğursuz olacağına yozulur.

Oyun oynamaq – qürura, istehzaya,dini baxımdan qüsurlru olmağa yozulur. Nərd oynamaq- mənəvi yüksəkliyə, ləyaqətə və ya lağlağılığa işardir. Qumar oynamaq- önəmli bir işdə rəqabətə dəlalət edir. Futbol oynamaq – düşmənlə barışmaq deməkdur. Röya sahibi xəstədirsə yaxşılaşacaq.

Oyuncaq – Yuxuda özünü oyuncaqla oynayan görmək ürəkaçan yaxşı vəziyyətə, əyləncəli bir toplantıya, dəvətə yozulur. Əgər oyuncaq satın alınarsa və ya hədiyyə edilərsə, peşmanlığı uzun sürəcək bir xətaya düşəcəyinizi bildirir. Röyada oyuncaq almaq – yaxın vaxtlarda şad bir xəbər alacaqsınız. Uşaqları əyləndirmək üçün oyuncaqla oynamaq- mərhəmətsizlik üzündən bəzi itkilərə uğrayacaqsınız. Oyuncaq dükanı işlətmək- röya sahibinin yüksək dairələrdəki etibarı gözlədiyindən də artıqdır.

Omar (dəniz xərçəngi) – Yuxuda omar görən adam bəxt, qismət sahibi olacaq. Omar diri görülərsə əlinizı böyük miqdarda pul keçəcəkdir.

Omba (bud) – Röyada omba görmək – röya sahibinin ailəsinin və ya mənsub olduğu qəbiləni, milləti ifadə edir. Ombasında bir qüsur olduğunu görmək – yuxu görənin kimsəsizliyinə, qərib olduğuna işarədir. Ombasında ağrı hiss edən adam öz millətinə bir pislik edəcək. Ombasını özündən aralı görmək – röya sahibi aciz duruma düşəcək, lakin bu zavallı vəziyyətdən qurtulacaqdır. Bir parça ətin ombasına yapışdığını görmək – özünün olmayan bir uşağı röya sahibinin boynuna qoyacaqlar. Yuxuda omba görmək eyni zamanda evin dirəyi, ata-ana, uşaq, var-dövlət, qazanc və mənfəət anlamına da gəlir.

Omlet(yemək növü) – bir ziyafətə dəvət ediləcəksiniz.

Onbaşı(yefreytor) – Yuxuda onbaşı rütbəsində bir hərbiçi görmək xeyirə əlmətdir, həyatda uğur qazanacağınıza işarə sayılır.

Opera – bəzi anormal durumların ortaya çıxa biləcəyinə yozulur.

Oraq – Ruziyə, doğru xəbərlərə, yaxud da ömrün sonuna yozulur.

Ordu – yuxuda ordu bir pozğunluzun və qarışıqlığın qarşısının alınacağına, orduda olmaq isə düşmənin hücumuna yozulur.

Orman (meşə) – Yuxuda bir meşədə gəzmək, yaxud ağac kəsmək-içşləri yoluna qoymaq və qaydasına salmaq üçün öncə bütün əngəlləri ortadan qaldırmağın gərəkliyini göstərir. Sıx ağaclarla örtülü meşədə aslan yatağı görmək- fəryada və fitnəkar bir adamın fəsadçı işləklərinə yozulur.

Ortanca çiçəyi – yuxuda ortanca çiçəyi – qara dəniz bölgəsinə çıxılacaq səyahətə işarədir.

Oruc tutmaq – röyada oruc tutduğunu görmək- nəzir etməyə, deyilən nəzir- niyazı ödəməyə, oruc tutmağa yozulur. Oruclu bir kimsənin orucunu pozması onun sağlamlığına və ya bir yerə səfər edəcəyinə işarədir. Bilmədən oruc pozmaq- gözəl ruziyə nail olacaqsınız. Özünü oruclu görmək röya sahibinin mənəvi ucalığını və tövbəyə nail olacağını göstərir. Ramazan ayında oruclu olduğunu görmək – Şəkk-şübhə etdiyiniz bir iş alınacaqdır. Oruc ayında qəsdən orucunu pozmaq – qəsdən və bilərəkdən adam öldürməyə yozulur. Yuxuda oruc tutmaq bəzən xəstənin vəfatı kimi də yozula bilər.

Ot – röyad gözəl qoxulu və qur ot görmək – keçici bir fəlakəti; heç qorusu olamayan otluq – bir əşyanızın və ya var-dövlətinizin oğurlanacağını, əlinizdən gedəcəyini xəbər verir.

Otaq iti – Yuxuda otaq iti görən adam ailə xoşbəxtliyi baxımından çətin vəziyyətdə qalacaq. Bu vəziyyətdə ən yaxşı davranış ailənin böyükləri ilə məsləhətləşmək, onların sözü ilə oturub durmaqdır.

Otlaq – Yuxuda yaşıl bir otlaq görmək – muradınıza çatacaqsınız.

Ox – Röyada görülən ox başqa məmləkətlərə göndərilən elçiyə, məktuba, ya da düşmənə qalib gəlməyə yozulur. Qadının yuxuda ox görməsi o qadının ərini ifadə edir. Röyada ox ataraq hədəfə düz düşən adam əgər uşaq arzusundadırsa oğlu olacaq.

Oxatan (oxçu) – Röyada oxçu görmək-cəsus anlamına gəlir. Eyni zamanda, yolçuluğa, sıxıntaya, rahatsızlığa, hərbə və qədər-qismətə də yozula bilər.

Oxlov – acı söz eşidəcəksiniz.

Oxucu – yuxuda oxucu görmək- söz eşitməyən, öyüd-nəsihət qəbul etməyən bir adama öyüd verməyə, elçiliyə, vəkalətə, amirliyə, yasaq və qadağanlara, önəmli işlərdə yüksəlməyə, gözəl şöhrətə işarədir. Kitab və s. oxucu görmək – əndişəli, vəsvəsəli xəstəyəvə kitab yiyəsini sevməyə yozulur.

Ocaq (soba) – Röyada tək-təmha bir soba qırağında oturmaq – min cür dedi-qoduya və hiylələrə düçar olamaqdır. Ocaq səmimi dostlarla oturub söhbət etmək-böyük bir sədətə qovuşacaqsınız. Yanan ocaq-yeni ürək dostları qazanmağa işarədir. Dəmir soba kömür görmək-var-dövlətdir. Mis və ya tunc soba-dünya zinətlərinə malik olan bir ailənin xanımına işarədir. Ağacdan düzəldilmiş soba-var-dövlət sahibi olan, eynio zamanda böhtançı adamların həyat yoldaşını ifadə edir. Palçıqdan tikilmiş soba-dini kamli və aydın olan bir ailədə tərbiyə almış qadın anlamındadır. Subay adamın ocaq görməsi evliliyə; evlidirsə-arvadının hamilə olmasına; xaçpərəstdirsə müsəlman olacağına yozulur.


Sual: İslamda yuxu görmək və yuxu yozmağa necə baxılır? Bunun insan həyatındakı əhəmiyyəti, yaxud rolu nədir?
Yuxu görmək və yuxuların yozumu
Cavab: İnsan ruh və bədənin birləşməsindən ibarətdir. Ruh bədəndən öz evi kimi istifadə edir. Belə ki, ruh insan yuxuda olduğu vaxt çıxıb gedir və oyandığı vaxt geri qayıdır. Ölən bədən uçmuş ev kimidir; yenidən tikilənə qədər ruh oraya qayıtmır. Aşağıdakı ayə bu məsələdən bəhs edir:
“Allah ölüm(ü) vaxtı ruhları alır, ölməyənlərinkini də yuxuda alır. Ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxtadək təxir edir. Düşünən bir qövm üçün bunda əlamətlər vardır”. ((Zumər, 39/42. Bu ayə Ərəb dilindən Azərbaycan dilinə belə tərcümə edilmişdir:
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır! – Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi.
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. – Ə. Musayevin tərcüməsi.))
Yatan və ölən bədəndir. Ruh nə ölür, nə də yatır. Qurani-Kərim bizə ölmüş bədəndən çıxan ruhun danışacağı sözləri bildirir:
“Onlardan birinə ölüm gələndə deyər: “Rəbbim! Məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm”. Xeyr, bu onun dediyi sözdür. Onların arxalarından yenidən diriləcəkləri günədək bərzəx (maneə, sədd) var”. (Müminun, 23/99-100)
Deməli, ölən insanın ruhu ilə yatanın ruhu eyni yerə gedib bir-birilə görüşür. Fikirləşən hər bir şəxs bununla yuxu arasında əlaqə qura bilər. Bir-birinə rast gələn ruhlar danışa və bir-birinə məlumat verə bilər. Peyğəmbərimizin babası Abdulmuttalib gördüyü yuxuya əsasən uzun müddətdən bəri yox olub gedən Zəmzəm quyusunu və oradakı xəzinəni tapıb çıxartmışdı.
Qurani-Kərimdə yuxu ilə əlaqədar çoxlu misallar var. Belə ki, Quranda (Yusuf surəsində) Yusuf peyğəmbərin yuxusu, onunla birlikdə həbsdə olan iki nəfərin yuxuları və hökmdarın yuxusundan danışılır. Saffat surəsinin 102-ci ayəsindən 110-cu ayəsinə qədər İbrahim peyğəmbərin yuxusu, Fəth surəsinin 27-ci ayəsində isə Muhəmməd peyğəmbərin yuxusu danışılır. Bu yuxular hansısa izaha ehtiyac olmayacaq şəkildə açıq-aydındır.
YUXU YOZMAQ
İndi isə Yusuf peyğəmbərin gördüyü yuxunu qiymətləndirib yuxu yozmaq məsələsini başa düşməyə çalışaq:
“Misir hökmdarı belə demişdi:
“Mən yeddi kök inəyi yeddi arıq inəyin yediyini görürəm; yeddi yaşıl sünbül və bir o qədər də quru sünbül görürəm. Ey əyanlar! Yuxu yozmağı bacarırsınızsa, mənim yuxumu doğru-dürüst yozun”.
Əyanlar: “Bunlar qarmaqarışıq yuxulardır. Biz bu yuxuların yozumunu bilmərik”, – dedilər.
Zindandan azad olan iki nəfərdən biri xeyli vaxtdan sonra Yusufu xatırlayıb: “Mən sizə o yuxunun yozumunu bildirəcəyəm, mənə icazə verin!”, – dedi. Sonra Yusufun yanına gəldi. Yusuf da yuxunu yozub belə dedi:
“Yeddi il fasiləsiz əkin, bütün məhsulu yeyəcəyiniz az bir hissə istisna olmaqla sünbüldə saxlayın. Bunun ardından yeddi qıtlıq ili gələcək və bütün yığdıqlarınızı tədarük etdiyiniz az bir hissə istisna olmaqla yeyib qurtaracaq. Sonra (bunun ardınca) xalqın rahatlığa qovuşacağı bir il gələcək; o vaxt da sıxıb sağarlar (bolluq olar)”. (Yusuf, 12/43-49)
Yuxu yozmağı bacarmaq üçün gündəlik həyatdakı bir hadisənin yuxuda hansı simvola oxşadığını bilmək lazımdır. Bu əlaqəni qura bilməyənlər yuxu yoza bilməzlər. Misir hökmdarının adamları məhz bu əlaqəni qura bilmədiklərinə görə hökmdarın yuxusunu yoza bilməmişdilər.
RUHLA BƏDƏN ARASINDAKI ƏLAQƏ
İnsan ruhla bədənin vəhdətindən ibarət olduğuna görə bədənlə ruh arasında sıx bir əlaqə var. Düzgün yuxu bu əlaqənin ən aşağı dərəcəyə düşdüyü vaxtda – bədənin dincəldiyi və ruhun rahatlıq tapdığı bir anda görülür. Ruh bu vəziyyətdə onu məşğul edən şeylərdən və gündəlik həyatdakı hadisələrin təsirindən uzaqlaşmış olur. Biz bunu peyğəmbərimizin aşağıdakı sözündən başa düşürük:
“Ən sadiq yuxu səhər vaxtlarında görülən yuxudur”. (Tirmizi, Röya, 3 (2275)
Səhər vaxtı bədən dincəlmiş, mədə boş, beyin və ruhun məşğuliyyəti ən aşağı dərəcəyə enmiş olur.
İnsanın fiki-zikri bir şeyə yönəlibsə, yaxud bir məsələ onun şüurunda özünə yer edibsə, bu, yuxu kimi görülə bilər. Məsələn, bir qıza aşiq olan və onunla evlənmək xəyalları quran bir oğlan yuxusunda o qızla evləndiyini görə bilər. Lakin bu, həqiqi yuxu olmaz.
Şeytan Allahdan insanları yoldan çıxartmaq üçün səlahiyyət aldığına görə öz işini yuxuda da davam etdirə bilər. Peyğəmbərimiz belə buyurub:
“Yuxu üç növdür: Biri səhih yuxudur; bu, Allahdan bir müjdədir. İkincisi insanın ruhu ilə danışması, başqa sözlə, bədənin ruha pıçıldamağıdır. Üçüncüsü isə şeytanın insanı kədərləndirməsidir. Əgər sizin biriniz yuxuda xoşuna gəlməyən (xoşagəlməz) bir şey görsə, durub namaz qılsın və o yuxunu heç kimə deməsin”. (Müslim, Röya, 6, hədis nömrəsi 2263)
Peyğəmbərimizin bu məsələ ilə əlaqədar digər bir sözü belədir:
“Aranızdan bir nəfər xoşuna gələn bir yuxu görsə, bilsin ki, o yuxu Allahdandır. Bunun üçün Allaha həmd edib həmin yuxunu danışsın. Bundan başqa xoşuna gəlməyən bir şey görsə, bu, şeytandandır. Şeytanın şərrindən Allaha sığınsın və yuxusunu heş kimə danışmasın. O yuxu ona zərər verməz”. (Buxari, yenə orada)


Mənbə: http://atv.az/news/interesting/28804-bu-gece-yuxuda-ne-gormusunuz-yuxu-yozma
Mənbə: ​https://sonxeber.net/yuxu-yozmalar/1592/o-yuxu-yozmalari.html​​​




Yazdı: Admin
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat olub saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: